• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın 5 ölkəsi normal həyata qayıdır

Avropanın 5 ölkəsi normal həyata qayıdır
29.05.2020 02:42
Dünyanın, xüsusilə Avropanın, bizim coğrafiyanın bir çox ölkələri ciddi karantin rejimindədir. Amma yaxın vaxtlarda normal həyata qayıtmağı planlaşdıran dövlətlər var.

Bizimyol.info xəbər verir ki, Avropa ölkələrindən Almaniya, Belçika, Niderland, Avstriya və İsveçrə belə planının olduğunu açıqlayıb. Təxminən bir həftəyə qadağalar xeyli azaldılacaq. Bu beş ölkədən başqa, yenə bir neçə dövlət normal həyata qayıtmaq haqda düşünür.
Almaniya – Koronavirusa yoluxanların sayı 113 mini keçib, 2349 nəfər həyatını itirib. Amma sağalanların sayının sürətlə artması nikbinliyə əsas verir. Ölkənin səhiyyə naziri Yens Span gələn həftədən həyatın normallaşacağını bildirib. Nazir təkcə idman yarışlarının bərpası üçün hələ tez olduğunu söyləyib.
Belçika – Bu Avropa ölkəsində ölənlərin sayı təxminən Almaniyadakı qədərdir, hətta bir az da çox. Buna baxmayaraq, aprelin 19-dan həyat canlanmağa başlayacaq.
Niderland – Restoranlar, kafelər, muzeylər, bərbərxanalar aprelin 28-dən fəaliyyətini bərpa edəcək. Bütün obyektlərin işə başlaması üçün iyunun 1-i son tarix kimi göstərilib.
Avstriya – Burada normal həyata qayıtmağa daha çox tələsirlər. Aprelin 14-dən bir çox yerlər işləməyə başlayacaq. Bərbərlər mayın 1-nə qədər gözləməli olacaq. Mayın 13-dən sonra heç kim maska taxmaya bilər, təkcə ictimai nəqliyyatdan başqa. Otel və restoranlar qapılarını mayın 15-dən açacaq.
İsveçrə - Ölkədə aprelin 26-nı səbirsizliklə gözləyirlər. Gələn həftə hansı obyektlərin işə başlayacağına aydınlıq gətiriləcək.
Fransa – Ölkənin əksər hissəsində əsasən axşamlar küçəyə çıxmaq qadağandır, Ölkə prezidenti Emmanuel Makron gələn bazar ertəsi yumşalma ilə bağlı fikrini deyəcək.
İngiltərə - İngilislər çox tələsmir. Çünki virusa yoluxanların sayı dayanmadan artır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol