Belarusda bir gündə minə yaxın koronavirusa yoluxma qeydə alındı

Belarusda son sutkada 973 koronavirusa yoluxma halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib
www.anews.az
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Belarusda infeksiya daşıyıcılarının ümumi sayı 13 181-ə çatıb. Son sutkada 5 nəfər pandemiyanın qurbanı olub. Ölkə üzrə ölənlərin sayı 84-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 160 000-i ötüb. Bunların 974 672 nəfəri sağalıb, 219 258 nəfəri isə ölüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















