• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ hökuməti COVID-19-un müalicəsi üçün - YENİ DƏRMANI BƏYƏNİB

ABŞ hökuməti COVID-19-un müalicəsi üçün - YENİ DƏRMANI BƏYƏNİB
28.05.2020 19:48
"Gilead Sciences” şirkəti koronavirusa qarşı mübarizə üzrə eksperimental tədqiqatın nəticələrini dərc edib. ABŞ-ın qida məhsullarına və dərman preparatlarına nəzarət üzrə Administrasiya İdarəsi müraciəti iki gün ərzində nəzərdən keçirdikdən sonra "Remdesivir” adlı eksperimental tibbi preparatı koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün rəsmi şəkildə qəbul edib.

Anews.az xəbər verir ki, bununla bağlı Prezident Donald Tramp deyib: "Sevinclə bildirirəm ki, "Gilead” şirkəti qida məhsullarına və dərman preparatlarına nəzarət üzrə Administrasiya İdarəsinin təcili razılığını alıb. Siz bunun nə demək olduğunu başa düşürsünüz. Çünki bu, son zaman KİV-lərdə yayılan ən qaynar xəbərdir. Bu, koronavirus diaqnozu ilə hospitalizə edilən pasiyentlər üçün vacib müalicədir”.

Qeyd olunub ki, Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunun bütün üzvləri, o cümlədən doktor Entoni Fauçi və Debora Birks də yeni preparatın "çox ümidverici” olması qənaətindədirlər.

Xatırladaq ki, klinik təqdiqatların nəticələrinə müvafiq olaraq, "Gilead Sciences” şirkətinin nukleotid analoqlar sinfindən olan virusa qarşı bu preparatı koronavirusa yoluxan pasiyentlərin orqanlarının funksiyalarını bərpa edir, bununla da ölüm hallarının sayını azaldır. Şirkətin apardığı tədqiqatlarda 1063 pasiyent iştirak edib. Onlara "Remdesivir” və ya plasebo (indiferent maddədən hazırlanmış dərman forması) verilib. Virusa qarşı preparatın dozasını alan pasiyentlər plasebo qəbul edən pasiyentlərlə müqayisədə 31 faiz daha sürətlə bərpa olunublar.

Həkimlər onu da qeyd ediblər ki, preparatın doğura biləcəyi kənar reaksiyalar sırasına qan təzyiqi, ürək bulanmaları, qusma və titrəmə daxildir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol