• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
21.09.2020 11:39
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı bəyanat yayıb. 

Anews.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən artan qlobal təlatümlər fonunda, bu dəyərləri gücləndirmək əvəzinə, onsuz da zəifləmiş beynəlxalq təhlükəsizliyi təhdid altına alan sülh defisitinin şahidi oluruq.

BMT Baş Katibinin qlobal atəşkəs çağırışı etdiyi, dünyanın dörd bir tərəfindəki müharibə edən tərəfləri vahid düşmənə - koronavirusa qarşı birlikdə mübarizə aparmağa, silahlarını yerə qoymağa səslədiyi bir dövrdə Ermənistan bu çağırışa məhəl qoymadan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir.

12 iyul 2020-ci ildə pandemiya dövründə Ermənistan həyati əhəmiyyətli kommunikasiya xətlərinin keçdiyi yeni Azərbaycan ərazilərini ələ keçirmək üçün hücuma başladı. Bu, son 30 ildə Ermənistanın Azərbaycana qarşı bitməyən təcavüzünün davamıdır. Məhz bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə biri Ermənistanın işğalı altındadır və bir milyona yaxın yurdlarından didərgin salınmış azərbaycanlı əhali öz əzəli torpaqlarına, ata-baba yurdlarına geri dönə bilmirlər.

Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənmək üçün, bu ərazilərdə qanunsuz yaşayış məskənləri salır. Hətta, bu yaxınlarda Beyrut limanında baş verən dəhşətli partlayışdan belə öz mənfur əməlləri üçün sui-istifadə edərək, bir sıra erməni ailələrinin Livandan işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə başlayıb. Bu cəhdlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, çox ciddi müharibə cinayətləridir.
Ermənistanın Baş Nazirinin həyat yoldaşı Anna Hakobyan bir yandan riyakarcasına sülh çağırışları edərkən, digər tərəfdən işğal olunmuş Azərbaycan ərazilərində erməni qadınları üçün hərbi təlim keçirir. Buradan belə bir sual doğur: Ermənistanın "sülhsevər” Baş Nazirinin "sülhsevər” xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyinərək, o ölkənin xalqına silah yönəldərək nəyə nail olmaq istəyir?

Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış azərbaycanlı əhalisi kimi, biz keçən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. İcmamızın münaqişənin həlli üçün konstruktiv dialoq çağırışlarına, təəssüflər olsun ki, Ermənistan tərəfi hər zaman etnik nifrət, hiddət və inkarçılıqla qarşılıq verib.

Sülh şəraitində birgə yaşayışın mümkünlüyünə inandığımızı bəyan edərək, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkmək və bizim öz əzəli yurdumuza dönüşümüzə şərait yaratmaq məqsədilə beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq. Çağırışımızın həyata keçməsi, sülhsüz keçirdiyimiz "Sülh Günü”nün əsl mahiyyətini həyatımızda hiss etməyə bizə imkan verərdi".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol