• $
  • €
  • ₽
  • ₺
  • £

Çeçen nümayişçi Moskvada OMON-nun 4 əməkdaşını döydü - VİDEO

Çeçen nümayişçi Moskvada OMON-nun 4 əməkdaşını döydü - VİDEO
25.01.2021 14:10
Rusiyanın müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının yanvarın 23-də paytaxt Moskvada keçirdiyi mitinqdə çeçen əsilli gənc Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) bir neçə əməkdaşlarına qarşı təkbaşına əlbəyaxa davaya çıxıb.

Davanın videosu sosial şəbəkələrdə geniş yayılıb.

Belə ki, Moskva Dövlət Universitetinin tələbəsi, 20 yaşlı Səidməhəmməd Cumayev onu saxlamağa çalışan xüsusi təyinatlı polis dəstəsinin 4 üzvünə təkbaşına müqavimət göstərərək onlara bir neçə zərbə endirib.

Video sosial şəbəkələrdə yayılandan sonra Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun müşaviri, Dövlət Dumasının deputatı Adəm Dəlimxanov instaqramda həmin çeçen gəncə videomüraciət edib:

"Bildiyiniz kimi, Moskva və digər bölgələrdə şeytanlar mitinqlər edir... Hamımız sosial şəbəkədə çeçen gəncin dövlət işçilərinə qarşı yumruq atdığını görmüşük. Sənin etdiyin cinayətdir... Çünki Navalnı kimi kişinin kişi ilə evlənməsini normal sayan insanlar bizə uyğun deyil və uyğun olmayıb da. Biz sənin atan ilə danışmışıq. Əgər sən bu mövqeyi qəbul etmirsənsə, əgər igidlik, çeçen, müsəlman mövqeyini seçirsənsə, sən mesaj qutusuna yazar və ya bizimlə, mənim dostlarımla əlaqəyə girərsən... Əgər sən onların mövqeyini qəbul edirsənsə, heç kimdən qaçmamalı, sonacan onların arxasınca getməlisən. Səninlə və sənin mövqeyini paylaşanlarla necə davranacağımızı bilirik. Yox, əgər onların mövqeyini qəbul etmirsənsə, bizim padişahımız Hacı Ramzan (Ramzan Kadırovu nəzərdə tutur - "Report”) sən ortaya çıxan kimi qanunla bağlı məsələdə sənə kömək edəcəyini bildirib”.

Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 85 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib. report.az


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol