• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan xalqın qarşısına çəkiclə çıxdı və hədələr səsləndirdi - VİDEO

Paşinyan xalqın qarşısına çəkiclə çıxdı və hədələr səsləndirdi - VİDEO
13.06.2021 23:30
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı insanların qarşısında əlində çəkiclə çıxıb. O, yeni hökumətin xalqın azad iradəsi ilə qurulmalı olduğunu bildirib və əlindəki çəkicin bu "polad hökumətin" simvolu olduğunu deyib. Paşinyan həm də rəqiblərini hədələyib. O, xalqın azad seçim iradəsinə müdaxilə etməyə çalışanların bu çəkiclə "əziləcəyini" deyərək seçkiqabağı kampaniyada rüşvət yolu ilə seçicilərin səslərini əldə etməyə çalışanların həbs ediləcəyinə eyham vurub.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan isə Arabkir bölgəsində vətəndaşlarla görüş zamanı bildirib ki, Paşinyan boş-boş danışmaqla məşğuldur. ''Bu adam hər şeyi məhv etdi. O, təslimçidir, onun vicdanı 5 min uşağın ölümünə cavabdehdir. Bütün bunlara görə cavab versin", - deyə o bildirib.

Ermənistanın digər bir keçmiş prezidenti Robert Köçəryan da Paşinyanın ünvanına ittihamlar səsləndirib: "Ermənistanda hazırkı hökumətə rəhbərlik edən şəxslər hakimiyyətə konkret şüarlarla gəldilər. Ancaq nəticə sıfır oldu, heç nə etmədilər. Bu hakimiyyətin nümayəndələri özlərini mütəxəssis kimi təsəvvür edərək bütün sahələri - ordu, kənd təsərrüfatı, iqtisadiyyatı məhv etdilər. İnsanları bu hökuməti rədd etməyə və mövcud böhranın öhdəsindən gələ biləcək bir komandaya, çempionlar komandasına səs verməyə çağırıram".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Dünya 22:42
Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqların növbəti raundu gələn həftə keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol