• $
  • €
  • ₽
  • ₺
  • £

Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş: 60-dan çox adam yaralanıb

Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş: 60-dan çox adam yaralanıb
08.05.2014 16:08
Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş baş verib, nəticədə onlarla adam xəsarət alıb.APA-nın “24.kg” və “fergana.ru” saytlarına istinadən verdiyi məlumata görə, hadisə mayın 7-də axşam saatlarında qeydə alınıb. Kütləvi davada Qırğızıstanın Orto-Boz və Tacikistanın Xocalı kəndlərinin sakinləri iştirak edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Qırğızıstan sərhəd xidmətinin yaydığı məlumata görə, iğtişaşlar nəticəsində Tacikistan vətəndaşları Qırğızıstan ərazisində yerləşən yanacaq-doldurma məntəqəsini, habelə mağaza və iki yük avtomobilini yandırıblar. Qırğızıstan tərəfi 30 nəfərin, Tacikistan tərəfi isə 60-dan çox adamın xəsarət aldığını bildirib. Versiyaların birinə görə, münaqişəyə səbəb taciklərin Qırğızıstan vətəndaşının olduğu maşına daş atmaları olub. Digər versiyaya əsasən, sərxoş qırğızlar tacik əsilli sakinin maşınını daşqalaq ediblər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol