• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ yaxın günlərdə Rusiya ilə bağlı öz qərarını verəcək

ABŞ yaxın günlərdə Rusiya ilə bağlı öz qərarını verəcək
22.04.2014 15:34

ABŞ hökuməti Ukraynadakı böhranla əlaqədar «yaxın günlərdə» Rusiyaya qarşı yeni sanksiyalar qoya bilər. ABŞ gözləyir ki, Moskva Ukraynanın şərqindəki Rusiyayönlü separatçıları zəbt etdikləri binaları və nəzarət məntəqələrini tərk etməyə çağırsın. Bunu aprelin 21-də ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib.   ABŞ rəsmisi silahlı fəalları Ukrayna hökumətinin təklif etdiyi amnistiyanı qəbul etməyə və öz tələblərini ifadə etmək üçün siyasi vasitələrdən yararlanmağa səsləyib.   Psaki  bildirib ki, ABŞ bu günlərdə Rusiyanın Cenevrə razılaşmasına uyğun addım atıb-atmadığına qərar verəcək. ABŞ Dövlət katibi John Kerry Rusiyanı Ukraynadakı böhranı aradan qaldırmağı nəzərdə tutan beynəlxalq razılaşmanı həyata keçirmək üçün «konkret addımlar» atmağa çağırıb. Bu arada Rusiyanın Xarici işlər naziri Sergei Lavrov isə Vaşinqtonu Qərbin dəstəklədiyi Ukrayna hökumətinə Cenevrə razılaşmasını həyata keçirməsi üçün təzyiq göstərməsini istəyib. Azadliq.org

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol