• $
  • €
  • ₽
  • ₺
  • £

Putini laxlatsa, internet laxladacaq

Putini laxlatsa, internet laxladacaq
17.04.2014 22:57
Putini laxlada bilən internetdir, ancaq bu amildən tam istifadə olunmur. 
1994-cü il Budapeşt memorandumuna görə Ukraynanın ərazi bütövlüyünə təminatı ABŞ və Britaniya verib. 
Financial Times Putini Rusiyanın ən böyük təbliğatçısı adlandırır. Qəzet misal çəkir ki, 35 il Moskvada məktəbdə tarix müəllimi işləyən İqor Dolitsky vaxtilə hakimiyyətin qoyduğu tabuların əleyhinə söz deməklə, hətta işdən də qovulub. Ancaq şagirdləri arasında həmişə etimadı olub. İndi isə 60 yaşlı müəllim Rusiyanın Krımı anneksiya etməsini tənqid edən kimi şagirdləri onu hətta eşitmək belə istəmədiklərini bildiriblər: “Siz yalan deyirsiniz. Siz Rusiyanı sevmirsiniz”. Hətta şagirdlər müəllimə deyiblər ki, “Çıx, get Rusiyadan”. 
Time yazır ki, sanksiyaların hər iki tərəf üçün ziyanından çox danışırlar, ancaq sanksiyalar Rusiyaya daha çox ziyan vuracaq, nəinki Qərbə. ABŞ-ın Dövlət katibi Kerri Cenevrədə Rusiyanın xarici işlər naziri Lavrovla görüşəndə enerji, bank və s. sektorlar üzrə sanskiyalar hədəsi ən güclü silah olacaq.
Time ABŞ-ın statistik göstəricilərinə əsaslanaraq yazır ki, ABŞ-ın Rusiyaya illik ixracı 11,2 milyard dollar olub. Rusiya ABŞ-a ildə 26,4 milyard dollarlıq mal və məhsul satır.
Bu, onların ümumi ixracında hansı yeri tutur?
ABŞ-ın dünya üzrə illik ixracı 1 trilyon 370 milyard dollardır. Rusiyanın dünyaya ixracı ildə 508 milyard dollardır.
Bu göstəricilərə görə, sanksiyalardan ABŞ-a dəyən ziyan qat-qat az olacaq, nəinki Rusiyaya. 
Guardian yazır ki, Ukraynanı müdafiə etmək Qərbin öhdəliyidir və Rusiya bunu anlamalıdır. Qəzetin fikrincə, Qərb daimi olaraq Putinin hərəkətlərini əvvəlcədən görə bilmir, daha sonra isə buna cavab verməkdə gecikir.
Qəzet yazır ki, Putinin Sovet İttifaqının bütün hissələrini birləşdirmək kimi nəhəng planı yoxdur. Ancaq aydındır ki, onun başqa məqsədləri var. O, bu məqsədləri süni olaraq “rusların müdafiəsi”, “Rusiya dünyası” kimi ifadələrlə pərdələyir. 
Guardian hesab edir ki, Qərb Putinə çox aydın şəkildə bildirməlidir ki, Rusiyanın Ukraynaya yeni müdaxiləsinə mənasız sanskiayalarla yox, Qərbin Ukraynaya ciddi hərbi yardımı ilə cavab veriləcək.
Guardain xatırladır ki, 1994-cü il Budapeşt memorandumuna görə ABŞ və Britaniya Ukraynanın ərazi bütövlüyünün təminatçısıdır.
Financial Times yazır ki, bütün məhdudiyyətlərə baxmayaraq Rusiyada Putin rejimini laxlada bilən bir qüvvə var. O da internetdir. Ancaq qəzet əlavə edir ki, “əgər bu amildən istifadə etməyə cəhd edən olsa”.
Vircinia Politexnik İnstitutunda Rusiya siyasəti üzrə dərs deyən Steven Wilson qəzetə deyir: “İnternet rəngli inqilablarda və ərəb baharında mühüm rol oynadı. Çünki əvvəlcə internetdən istifafədə bir sıçrayış oldu. Rusiyada isə bunu hələ görmürəm”.
Azadlıq Radiosu 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol