• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada azərbaycanlı gənclər təşkilatlandılar - FOTO

Ukraynada azərbaycanlı gənclər təşkilatlandılar - FOTO
14.04.2014 23:00
Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyinin idarə heyəti formalaşıb və ilk toplantısı keçirilib.ANN.Az-ın məlumatına görə, Ukrayna Milli Aviyasiya Universiteti tərəfindən Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyinin ixtiyarına verilən auditoriyada keçirilən toplantını nümayəndəliyin rəhbəri Xəzri Elxanoğlu açıq elan edib. O, Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənlinin salamını tədbir iştirakçılarına çatdırdıqdan sonra, qarşıda olan planlar və görüləcək işlər haqqında idarə heyətinin üzvlərinə qısa məlumat verib.Sonra idarə heyətinin üzvləri və nümayəndəliyin nəznində yaradılmış department sədrləri irəli sürülən ideyalar və verilən təkliflər haqqında fikir bildiriblər.Yeni Nəfəs Hərəkatının ukraynalı lideri Vladislav Obarenko çıxışında Ukraynada mövcud vəziyyəti nəzərə alaraq Ukraynaya dəstək üçün milli vəvətənpərvərlik ruhunda tədbirlərin keçirilməsi ideyası, nümayəndəliyin icraçı direktoru İsgəndər Zamanovun Ukraynada fəaliyyət göstərən digər diaspor təşkilatları və səfirlikilə birgə Ukrayna unversitetlərində Azərbaycan – Ukrayna mədəniyyət mərkəzlərinin yaradılması ideyası, toplantı iştirakçıları tərəfindən bəyənilib və bu istiqamətdə işlərə başlamaq üçün qərar qəbul olunub.Eyni zamanda Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyi və Ukraynada fəaliyyət göstərən digər təşkilatların iştrakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümündə universitetlərarası fudzal turnirinin keçirilməsi qərara alınıb.Alınan qərara əsasən qarşıdakı iki ay ərzində görüləcək işlərin icra edilməsinə rəhbərlik İsgəndər Zamanova tapşırılıb. Növbəti toplantı üçün təşkilati işlərə rəhbər olaraq Səfərəli Babayev müəyyənləşib.Sonda təşkilatın digər liderləri Ali Kavlak, Səfərəli Babayev, Mürvət İsmayılov da çıxış edərək qarşıda duran fəaliyyətlər barədə təkliflərini irəli sürüblər.Qeyd edək ki, Yeni Nəfəs Hərəkatı Ukrayna nümayəndəliyi iki ay öncə yaradılmış və hərəkatın sədri Seymur Həsənlinin sərəncamı ilə Abdullayev Xəzri Elxanoğlu nümayəndəliyin rəhbəri təyin olunmuşdu. Abdullayev Xəzri Ukraynada tanınmış gənc hüquqşünaslardan,  Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin qurucularından biri, hüquq departamentinin  yaradıcısı olmuşdur.SeymurANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol