• $
  • €
  • ₽
  • ₺
  • £

Ruslar ölkəni tərk edir - Bilet qiymətləri bahalaşdı - Bakıya 7000 manat

Ruslar ölkəni tərk edir -  Bilet qiymətləri bahalaşdı - Bakıya 7000 manat
21.09.2022 15:05
Rusiya Federasiyasının  prezident Vladimir Putinin 300 min ehtiyatda olan hərbçinin dərhal səfərbərliyə çağırılması barədə  əmrindən sonra Rusiyada bir istiqamətə satılan biletlərə tələbat kəskin artıb. Bu barədə Reuters agentliyi məlumat yayııb.
 
Putinin səhər televiziya çıxışında verdiyi açıqlama bəzi döyüş yaşında olan kişilərin Rusiyanı tərk etməsinə icazə verilməyəcəyi ilə bağlı təlaş yaradıb.
 
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, hərbi xidmətə çağırış yalnız peşəkar hərbçi təcrübəsinə  malik olanlara şamil ediləcək. Tələbələr və çağırışçı yaşında olanlar  hərbi xidmətə cəlb edilməyəcək.
 
Google Trends bildiri ki,   Rusiyanın aviabilet satışı üzrə ən məşhur satış saytı olan Aviasales-də axtarışların sayı kəskin artıb.
 
Aviasales-in məlumatına görə, bir gün ərzində Rusiya vətəndaşlarının vizasız getdiyi ölkələrə biletlərin sayı bir necə saat ərzində bitib. Ruslar əsasən Moskva-İstanbul və Moskva-Yerevan reyslərinə olan biletləri dərhal alıblar.
 
Moskva-Tbilisi reysinə tələbat da artıb.  Rusiya paytaxtından Dubaya ən ucuz reyslərin qiyməti 300.000 rubldan (5 000 ABŞ dolları) artıqdır ki, bu da orta aylıq əmək haqqının təxminən 5 mislinə bərabərdir. (1 dollar = 60.9500 rubl).

"Moscow time” nəşrinin yazdığına görə isə ölkədən çıxış üçün aviabiletlərin qiyməti 90-250 min rubla (2527-7021 manat) qədər yüksəlib.

Belə ki, sentyabrın 22-də Türkiyənin paytaxtına birbaşa uçuşlar üçün biletin qiyməti 82-86 min rubldan (2303-2415 manat), köçürmələrlə isə 47 min rubldan (1320 manat) başlayır. Paytaxtdan İrəvana da yaxşı halda 86 min rubla getmək mümkündür. Bununla belə, "Aviasales” göstərir ki, cümə axşamı Ermənistan paytaxtına birbaşa uçuşlar yoxdur.

Tiflis və Bakıya aviareyslərin qiymətləri də kəskin bahalaşıb. Gürcüstana ən qısa uçuşlar təxminən 115 min rubla (3230 manat), Azərbaycana isə 248 min rubladır (6965 manat). Eyni zamanda, bu gün artıq Bakıya bilet yoxdur.

 "Google”un rus seqmentində "Rusiyanı hara tərk etmək lazımdır” sorğusu pik həddə çatıb. Bu, Putin və Şoyqunun səfərbərliklə bağlı müraciətindən dərhal sonra baş verib. Ən çox bu mövzuya sərhəd Belqorod vilayətinin sakinləri maraq göstərib. 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol