• $
  • €
  • ₽
  • ₺
  • £

İranda hakimiyyətə dəstək aksiyaları keçirilib

İranda hakimiyyətə dəstək aksiyaları keçirilib
23.09.2022 18:45
İranın paytaxtı Tehranda hakimiyyətə dəstək mitinqləri keçirilib. Bu barədə "Mehr” Agentliyi məlumat yayıb.
 
Məlumata görə, cümə namazından sonra aksiyaya çıxanlar ölkədə xaricdən təşkil olunmuş iğtişaşları pislədiklərini bəyan ediblər.

Yürüş iştirakçıları indiyədək bir neçə təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnmiş iğtişaşların zorakı hərəkətlərinə qəzəbləndiklərini bildiriblər.

Sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. 

Mehsa Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsib.

Aksiyalar Tehran, Pave, Bane, Mehabad, Rəşt şəhərlərində davam etdirilir. 
 
Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də insanlar etirazlara başlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol