• $
  • €
  • ₽
  • ₺
  • £

Belarus taxıl ixracına qoyulan qadağanı altı ay uzadıb

Belarus taxıl ixracına qoyulan qadağanı altı ay uzadıb
24.09.2022 10:52
Belarus taxıl bitkilərinin, o cümlədən buğda, çovdar, arpa və qarabaşaq yarmasının ölkədən kənara ixracına qoyulan qadağanın müddətini uzadıb,  bu barədə ölkənin baş nazirinin imzaladığı və şənbə günü dərc olunan sərəncamda deyilir.

"Belarusdan Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan dövlətlərə əlavəyə uyğun olaraq malların ixracına müvəqqəti qadağa qoyulsun”, - sənəddə deyilir.

Belarus həmçinin taxılın respublikadakı AİB gömrük ərazisindən kənara çıxarılmasını qadağan edib. Qadağa həmçinin malların ixrac, müvəqqəti ixrac, gömrük ərazisindən kənarda emal və təkrar ixrac üçün gömrük prosedurları altında yerləşdirildiyi zaman da qüvvədə olacaq.

İxracı qadağan edilənlər siyahısında sadalananlarla yanaşı, yulaf, qarğıdalı, darı, tritikale də var. Taxıl ixracına qadağa altı ay müddətində qüvvədə olacaq. Sonuncu dəfə Belarus taxıl ixracına bu ilin martında müvəqqəti qadağa tətbiq edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol