• $
  • €
  • ₽
  • ₺
  • £

İranda aksiyada gənc qız öldürüldü - FOTO

İranda aksiyada gənc qız öldürüldü - FOTO
26.09.2022 10:29
İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. Bu barədə BBC məlumat yayıb.

20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb.

Hədis Nəcəfinin ölümü sosial şəbəkələrdə rezonans doğurub. Bir çox istifadəçi onun bir müddət əvvəl çəkilən fotosunu da paylaşıb.

İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. Dünən keçirilən aksiya zamanı polis etirazçı qadınlara atəş açıb. Bu zaman polis gözyaşardıcı qazla 29 yaşlı qızı sinəsindən güllələyib. Hazırda həmin qadının ağır yaralı olduğu bildirilir. Ümumilikdə isə aksiyalar zamanı 55 nəfərin həlak olduğu məlumdur.
 

 
Ləman
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol