• $
  • €
  • ₽
  • ₺
  • £

Putin yeni ərazilərin Rusiyaya qəbulu haqqında qanunları imzalayıb

Putin yeni ərazilərin Rusiyaya qəbulu haqqında qanunları imzalayıb
05.10.2022 10:51
Rusiya prezidenti Vladimir Putin müqavilənin ratifikasiyasını təsdiqləyib və Rusiyanın Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LXR), habelə Xerson və Zaporojye vilayətləri ilə birləşməsi haqqında federal konstitusiya qanunlarını imzalayıb. Sənədlər rəsmi hüquqi informasiya portalında dərc olunub.

Bu sənədlərə əsasən, yeni rayonların sakinləri ərazilər Rusiyanın tərkibinə daxil olduğu gündən - sentyabrın 30-dan Rusiya vətəndaşı kimi tanınır və Rusiya regionlarının sayı 85-dən 89-a yüksəlir. Yeni rayonların ərazisi təxminən 113 min kvadrat kilometrdir, bu ərazilərin rəsmi əhalisi səkkiz milyon nəfərdir.

Əvvəllər bildirildiyi kimi, Rusiya vətəndaşlığını almaq üçün yeni vətəndaşlar and içməli olacaqlar ki, bu and içməkdən yetkinlik yaşına çatmayanlar və fəaliyyət qabiliyyəti olmayanlar azad edilir.

DXR və LXR Xalq Milislərinin bütün hərbi qulluqçuları Müdafiə Nazirliyi ilə müqavilə imzalanana qədər öz bölmələrində eyni şərtlərlə xidmət edəcəklər, bundan sonra onlar bütün təltif və rütbələrini saxlayacaqlar və xidmət stajları nəzərə alınacaq. 

Rusiya Federasiyasının yeni vətəndaşlarının iş təcrübəsi, təhsili və mülkiyyət hüququ haqqında sənədlər qüvvədə qalır, onlar da Rusiya pensiyaları və digər sosial müavinətlər almaq hüququ əldə edirlər.(lenta ru)
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol