• $
  • €
  • ₽
  • ₺
  • £

İran uranın zənginləşdirilməsi tempini artırır

İran uranın zənginləşdirilməsi tempini artırır
11.10.2022 18:00
İran uranın zənginləşdirilməsi tempini artırır. Bu barədə "dw” xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) oktyabrın 11-də yayılan hesabatında bildirilib.

Məlumata görə, İranın atom proqramı ilə bağlı razılaşmaların bərpasına beynəlxalq səylərin edilməsi fonunda İslam Respublikası uranın zənginləşdirilməsi səylərini artırır.

Vurğulanıb ki, Nətənzdə bu yaxınlarda yeraltı obyektlərdə "IR-6” sentrifuqaların 3 kaskadı quraşdırılıb. Məlumata görə, artıq planlaşdırılan 12 sentrifuqaya əlavə olaraq daha üç kaskad işə salınacaq.

Kaskadlar, bir-birinə bağlı sentrifuqalar nüvə silahı istehsalı üçün yararlı olan uran izotoplarının konsentrasiyasını artırmağa imkan verir.

2015-ci ilin yayında "altılıq” ölkələri ilə İran arasında Əhatəli Razılaşma Planı imzalanmışdı. Ancaq ABŞ-da Donald Tramp prezident seçildikdən sonra bu razılaşmadan birtərəfli qaydada çıxdıqlarını bildirərək İrana qarşı sanksiyaları bərpa edib. Son zamanlar Avstriyanın paytaxtı Vyanada bu məsələ ilə bağlı danışıqlar aparılır. İran rəsmiləri müzakirələrdə uğurlu nəticələrin əldə edildiyini bildirir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol