• $
  • €
  • ₽
  • ₺
  • £

İndoneziya ABŞ-ın Rusiyadan neft qiymətlərinə tavan tətbiq etmək cəhdlərini tənqid edir

İndoneziya ABŞ-ın Rusiyadan neft qiymətlərinə tavan tətbiq etmək cəhdlərini tənqid edir
12.10.2022 20:30
Qərb ölkələri və ABŞ-ın Rusiyadan neftə limit tətbiq etmək istəyi dünyada iqtisadi qeyri-sabitliyi daha da pisləşdirə bilər. Gulf News portalı xəbər verir ki, bunu İndoneziyanın maliyyə naziri Şri Mulyani İndravati bildirib.


"ABŞ iqtisadi alətlərdən istifadə edərək sanksiyalar tətbiq edəndə bu, bütün qlobal bazara təsir edir. Bu isə təkcə İndoneziya üçün deyil, bütün digər ölkələr üçün qeyri-müəyyənlik yaradır ki, bunun da xoşagəlməz nəticələri ola bilməz”, - İndravati bildirib.


Onun sözlərinə görə, İndoneziya əsas mal tədarükçüsüdür. Ona görə də ABŞ-ın Rusiya neftinə tavan qiymət tətbiqinin zəruriliyinə inanması bu cür məhdudiyyətlərə qarşı olan ölkənin mövqeyinə təsir etmir.


O əlavə edib ki, qiymət tavanının tətbiqi səyləri artıq neft hasilatının azalmasına gətirib çıxarıb ki, bu da ABŞ-ın dünya qiymətlərini aşağı salmaq mövqeyini sarsıdır.


Oktyabrın 9-da The Washington Post qəzeti OPEC+-ın noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarının ABŞ prezidenti Co Baydenin xarici siyasətinin uğursuzluğu olduğunu yazıb. Nəşrin redaktorlarının fikrincə, təşkilatın bu addımı təkcə Vaşinqtona deyil, həm də bir sıra Amerika müttəfiqlərinə "zərbə”dir.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol