• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliya Ukraynaya orta mənzilli zenit-raket kompleksləri verəcək

İtaliya Ukraynaya orta mənzilli zenit-raket kompleksləri verəcək
15.10.2022 17:41
İtaliyanın Ukraynanı orta mənzilli "Spada” zenit-raket kompleksləri (ZRK) ilə təmin edəcəyi gözlənilir. Bu barədə şənbə günü "La Repubblica” qəzeti NATO-dakı mənbələrə istinadən məlumat yayıb.

Bu hazırlıq barədə çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirilib.

Nəşr iddia edir ki, İtaliya Hərbi Hava Qüvvələrinin Rivoltodakı bazasında artıq anqarlarda saxlanılan komplekslərin vəziyyətinin yoxlanılmasına başlanılıb.
"Spada”ların bir neçə ay əvvəl İtaliya və İspaniyada arsenaldan çıxarıldığı bildirilib. Qəzet yazıb ki, ZRK tədarükü ilə bağlı qərarı İtaliyanın yeni hökuməti qəbul edəcək.

Qəzet İtaliya və İspaniyanın Kiyevi qısa mənzilli "Aspide” zenit raketləri ilə təchiz edə biləcəyini də istisna etməyib. Bu raketlərin Ukrayna daha müasir və güclü silahlarla təchiz olunana qədər müvəqqəti həll yolu ola biləcəyi qeyd olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol