• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova MDB PA-nın mətbuat konfransına qatılıb

Sahibə Qafarova MDB PA-nın mətbuat konfransına qatılıb
29.10.2022 23:30
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) 54-cü plenar iclasının yekunları ilə bağlı mətbuat konfransında çıxış edib.
 
Milli Məclisdən verilən xəbərə görə, qardaş Özbəkistan torpağına, qədim və zəngin tarix və mədəniyyət nümunəsi olan gözəl Səmərqənd şəhərinə yenidən səfər etməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri göstərilmiş qonaqpərvərliyə və səmərəli iş üçün yaradılmış şəraitə görə Özbəkistan Respublikasının rəhbərliyinə, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya təşəkkür edib. Onun sözlərinə görə, MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleya Şurasının növbəti iclası və 54-cü plenar iclas bir daha parlamentlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyi, habelə MDB PA çərçivəsində əlaqələrin genişləndirilməsinə olan marağı nümayiş etdirib.
 
Milli Məclisin sədri deyib ki, Parlamentlərarası Assambleya Müstəqil Dövlətlər Birliyinin mühüm təsisatlarından biridir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İki gün ərzində bir sıra məsələlər üzrə məhsuldar müzakirələr aparılıb, 3 daimi komissiyanın və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçirilib. Ötən müddət ərzində Gənclər Assambleyasına Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsinin sədrlik etdiyini xatırladan spiker Assambleyanın gənclər arasında dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol