• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdı

Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdı
08.11.2022 18:30
Bolqarıstanın Şumen şəhəri yaxınlığında yerləşən kənddə yaşayan və üç uşaq anası olan qadın azərbaycanlı kişini aldadaraq onun 2 271 avro pulunu (təxminən 4 min manat) dələduzluq yolu ilə ələ keçirib.

Bu barədə Bolqarıstan Milli Radiosu məlumat  yayıb.

Bildirilir ki, məhkəmə sübut toplamadan ittiham aktında göstərilən etirafedici açıqlamalara istinad edib. 
Belə ki, qadın üç il sınaq müddəti elan edilməklə bir il həbs cəzası alıb.

Məlum olub ki, qadın 19-30 noyabr 2020-ci il tarixləri aralığında azərbaycanlıya özü haqqında yalan məlumatlar verib.
O, işsiz olub və xaricdə yaşayan kişini aldatmaq qərarına gəlib.

Qadın "Whatsapp” mobil tətbiqi vasitəsilə Azərbaycandan olan kişi ilə əlaqə saxlayıb. Türkcəni yaxşı bildiyindən əks cinsin nümayəndəsi ilə dərhal əlaqə qura bilib.  

O bildirib ki, məqsədi ciddidir və ərə getmək barədə düşünür. Bolqar qadın qarşı tərəfi inandırıb ki, valideynləri bədbəxt hadisə nəticəsində ölüb və onu nənəsi böyüdüb.

Azərbaycanlı kişi isə oğlunu evləndirməyə hazırlaşdığını bildirib və qadını toyda iştirak etmək üçün Azərbaycana dəvət edib.
Qadın pasport, avtobus və təyyarə bileti üçün pul istəyib. Bundan əlavə o, atasından ona miras qalan və taxdığı qızıl-zinət əşyalarının gömrük rüsumlarının ödənilməsi üçün də vəsait istəyib. Azərbaycanlı kişi artıq pulunun qurtardığını deyəndə bolqar qadın onun zənglərinə cavab verməyib.
Fırıldaqçılığın üstünü açmaq bir qədər vaxt aparıb, lakin Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları qadını taparaq məsuliyyətə cəlb edə bilib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol