• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da texnologiya sənayesində işdən çıxarılanların sayı 52 mini keçib

ABŞ-da texnologiya sənayesində işdən çıxarılanların sayı 52 mini keçib
11.11.2022 09:42
Qlobal enerji və maliyyə böhranlarının mənfi nəticələri nəticəsində ABŞ-da 52 mindən çox insan işşdən çıxarılıb. Bu barədə  Türkiyənin "Yeni Şafak” qəzeti yazıb. 

Bu ilin oktyabrın sonuna olan məlumata görə, ABŞ-da texnologiya sektorunda 52 mindən çox işçi işdən çıxarılıb. Bir çox texnoloji şirkətlər epidemiya zamanı həddən artıq çox işçi işə götürdülər və indi çətin günlər yaşayırlar.

Eyni zamanda, Twitter, Meta  və Netflix kimi texnoloji nəhənglərin əməkdaşları da ixtisarlardan yan keçməyiblər. Amazon və Apple işə qəbulu dayandırmaq qərarına gəliblər.


Elon Mask Twitter-i 44 milyard dollara aldıqdan sonra şirkətdə ixtisarlar başladı. Nəticədə Twitter işçilərinin 50%-i şirkətdəki işini itirib. Meta həmçinin şirkətin 18 illik tarixində ilk olacaq və minlərlə işçini əhatə edəcək kütləvi ixtisarlar planlaşdırır.

Amerika e-ticarət nəhəngi Amazon korporativ işçi vəzifələrinə işə qəbulun dayandırıldığını elan edib və Apple rəhbərliyi tədqiqat və inkişaf istisna olmaqla, bütün sahələrdə işə qəbulu dayandırmağa qərar verib. Səbəb enerji qiymətlərinin artması və inflyasiyanın artması ilə əlaqədar ABŞ-da yaşanan iqtisadi böhran olub.

Təkcə ABŞ iqtisadiyyatı deyil, Avropa Birliyi də böhranla üzləşib. Noyabrın 8-də IFO tədqiqat institutunun analitikləri bildiriblər ki, enerji qiymətlərinin artması Almaniyanın 2021-2023-cü illər arasında dövlət xəzinəsinə daxil olan real gəlirdən demək olar ki, 110 milyard avro itirməsinə səbəb olacaq. Bu, 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində baş verən ikinci neft böhranından bəri ən böyük zərər olacaq.
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol