• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə terror aktı törədən qadın Yunanıstana qaçacaqdı - NAZİR

Türkiyədə terror aktı törədən qadın Yunanıstana qaçacaqdı - NAZİR
14.11.2022 15:03
Türkiyədə terror aktı törədən qadın terrorçu tutmasaydı, Yunanıstana qaçacaqdı. Bu barədə  Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Taksimdə partlayış baş verən əraziyə baxış zamanı jurnalistlərə açıqlamasında bildirib.
 
"Terroristi tutmasaydıq, Yunanıstana qaçacaqdı. Bütün təhlükəsizlik tədbirlərimiz, fəaliyyət göstərir. İndi cənazələrimizi dəfn edirik. Bizə verilən mesajı aldıq.  Bizə nə mesaj verildiyini bilirik. Əməliyyatlar davam edir. Terrorçular tutulub. Onları tutmasaydıq, bu gün Yunanıstana qaçaqmalçılıq yolu ilə keçəcəklərdi. Son iki hücumun sifarişindən birinin Mümbiçdən, digərinin də Kobanidən sifariş olduğu aydındır. Qarşımızda duran şər cəbhəni və terrorçu tərəfdarları açıq şəkildə tanıyırıq. Millətimizlə birlikdə bunun öhdəsindən birlikdə gələcək”- o bildirib.
 
Soylu hücumda 8 nəfərin öldüyünü, 81 nəfərin yaralandığını təsdiqləyib.

50 zərərçəkən xəstəxanalardan buraxılıb, beş nəfər reanimasiyadadır, onlardan ikisinin vəziyyəti ağırdır.
 
Noyabrın 13-də İstanbulun mərkəzində, piyada turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

 

 

 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol