• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli aktyorun xanımı və qızı terrorun qurbanı olub - FOTO

Türkiyəli aktyorun xanımı və qızı terrorun qurbanı olub - FOTO
14.11.2022 14:48
İstanbulun İstiqlal küçəsində terror aktı zamanı həyatını itirənlər arasında aktyor Nurettin Uçarın ailəsi də olub. Bu barədə Aktyor keçmiş həyat yoldaşı və qızının ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

"Qəbrin nur, məkanın cənnət olsun şirin qızım. Taksimdəki xain hücumda qızım Yağmur və anası həytlarını itiriblər"- paylaşımda qeyd olunub.
 
Arzu Özsoy və qızı Yağmur Uçar həftəsonu gəzintisinə çıxıblar. Arzu Özsoy müəllim, qızı Yağmur isə liseyin 2-ci sinif şagirdi idi. Ana-bala tez-tez muzeylərə getməyi xoşlayırmışlar. Məlum hadisə gəzinti zamanı baş verib. 
 
Arzu Özsoyun atası Mehmet Özsoy bildirib ki, qızı və nəvəsi gəzintiyə çıxmaları barədə onlara məlumat verməyiblər.
 
"Qızım müəllim olduğu üçün yalnız tətildə qızı ilə vaxt keçirə bilirdi. Həmin gün ikisi də tək olub. Onların ikisinin də arzuları var idi. Deyəcək sözüm yoxdur, qızım əlimdən getdi. Lənət olsun terrora”. 
 
Yağmur Uçarın atası Nurettin Uçar "Diriliş Ertuğrul” serialında rol alıb. Aktyor qızının terror qurbanı olduğunu, bunu edənlərin tezliklə cəzalandırılacağını bildirib.  

Terror nəticəsində ümumilikdə 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.
 

 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol