• $
  • €
  • ₽
  • ₺
  • £

Kaliforniya Universitetinin 48.000 işçisi maaşlarının artırılmasını tələb edir

Kaliforniya Universitetinin 48.000 işçisi maaşlarının artırılmasını tələb edir
15.11.2022 22:00
Kaliforniya Universitetinin işçiləri bu tədris müəssisənin 10 kampusunda eyni vaxtda etiraz aksiyası keçirib. Onlar əməkhaqqının artırılmasını tələb edirlər. Etirazçılar arasında 17.000 tədqiqatçısı tələbə də olub.

Universitetdə işləyən müəllimlərin köməkçiləri, repetitorlar və başqa tələbələr əvvəlcə əməkhaqqının və müavinətlərin artırılması barədə universitetin müdiriyyəti ilə danışıqlar aparıb, bu danışıqlar nəticəsiz qalanda isə ümumi etiraz aksiyası keçirməyə başlayıblar.

Danışıqlarda işçiləri təmsil edən "Avtomobil sənayesi işçilərinin birləşmiş həmkarlar ittifaqı” oktyabr ayında Universiteti əmək qanunvericiliyini pozmaqda ittiham edən bəyanatla çıxış edib. Universitetin məzunları istirahət günlərində müddətsiz tətil keçirilməsi təklifinə səs veriblər. Bu, ABŞ tarixində ən genişmiqyaslı tətil olacaq.

Etiraz aksiyasının əlaqələndiricisi Cek Devis bildirib ki, müəllimlərin assistentləri ildə təqribən 20.000 – 25.000 dollar qazanır. Universitetin qəbul komissiyasının məlumatına görə, kampusdan kənarda yaşamaq və qidalanmaq xərcləri ildə təqribən 15.000 dollara bərabərdir. "ABC 7 Los Angeles” telekanalının məlumatına görə, aspirantlar aylıq gəlirlərinin təqribən yarisini mənzil kirayəsinə sərf edirlər.(APA)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 17:45
Rumıniya səfiri Rusiya XİN-ə çağırılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Dünya 16:48
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol