• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp” SİM kartların satışına başladı

“WhatsApp” SİM kartların satışına başladı
09.04.2014 10:41
“WhatsApp” messenceri Almaniyada öz mobil rabitə tarifini istifadəyə verib. Tarif istifadəçilərə messencerdən hesabda hətta pul olmadıqda limitsiz istifadəyə imkan verir.Şirkət SİM kartların satışını Almaniyanın “E-Plus” mobil operatoru ilə birlikdə həyata keçirəcək ki, bununla da “WhatsApp” virtual mobil rabitə operatoruna çevrilir. Şirkət nümayəndələrinin sözlərinə görə, İT-şirkət ilk dəfədir operator ilə belə saziş imzalayır.  Əvvəlcədən edilən ödəniş modeli üzrə işləyən “WhatsApp” SİM kartlarının tarifi 10 avro təşkil edir ki, bunun da hesabına istifadəçi 600 danışıq vahidi əldə edir. Hər vahidi bir meqabaytlıq məlumata, bir dəqiqəlik danışığa və ya bir SMS-bildirişə sərf etmək olar. Bu xərclərə istifadəçilərin 600 vahidi sərf etdikdən sonra limitsiz istifadə edə biləcəkləri  “WhatsApp” məlumatlarının yüklənməsi daxil deyil.Tarif dəyəri bir dollar olan əlavə üçün illik ödənişin ləğv edilməsini nəzərdə tutmur. Şirkət limitsiz çıxışın bu yaxınlarda messencerdə yer alacaq səsli zənglərə şamil ediləcəyi barədə məlumat vermir.“WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti “Facebook” sosial şəbəkəsi 19 milyon dollara satın alıb. Almaniyada “WhatsApp” smartfonların 90 faizində quraşdırılıb. Bu isə o deməkdir ki, ondan ölkə əhalisinin 30 milyonu istifadə edir.//İctnews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol