• $
  • €
  • ₽
  • ₺
  • £

Xarkov vilayət administrasiyasının binası azad edildi

Xarkov vilayət administrasiyasının binası azad edildi
08.04.2014 12:06
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Xarkov dövlət vilayət administrasiyasının binasını separatçılardan təmizləyiblər.APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində hakimiyyətdəki “Batkivşina” Partiyasının deputatı Nikolay Knyajitski yazıb. O, “Yaquar” xüsusi təyinatlı dəstəsinin Xarkovda antiterror əməliyyatı keçirdiyini bildirib: “Daxili işlər naziri Avakovla danışdım. Xarkovda antiterror əməliyyatı keçirilib. 70 hüquq pozucusu saxlanılıb. Onlar Poltava və Kiyevdəki təcridxanalara aparılıb. Mərkəzi vilayətlərdən gətirilmiş “Yaquar” xüsusi təyinatlı dəstəsinin əməkdaşları atəş açmadan, peşəkarlıqla fəaliyyət göstəriblər. Onlar şərqdəki digər cinayətkarları da neytrallaşdırmağa hazırdırlar”.  Qeyd edək ki, ötən bazar günü – aprelin 6-da Ukraynanın şərqindəki Xarkov, Donetsk və Luqansk vilayətlərində Rusiyayönümlü qüvvələr kütləvi iğtişaş törədib. Xarkov və Donetskdə vilayət administrasiyalarının, Luqanskda isə Təhlükəsizlik Xidmətinin binaları ələ keçirilib. Hazırda Ukrayna güc strukturlarının rəhbərləri qayda-qanunu bərpa etmək üçün şərq vilayətlərindədir. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol