• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Türkiyəni hədələdi və dərhal cavabını aldı

Rusiya Türkiyəni hədələdi və dərhal cavabını aldı
04.04.2014 00:04
Qara dənizə keçən ABŞ hərbi gəmiləri iki ölkə arasında narahatlıq yaratdıRusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma haqqı tanınıb. ANS PRESS-in məlumatına görə, Sergey Lavrovun bu iddialarını Ankara cavabsız qoymayıb və sərt reaksiya göstərib. Türkiyə rəsmiləri Rusiyanın iddiasının heç bir şəkildə doğru olmadığını, gəmilərin keçidinin və Qara dənizdə qalma müddətinin tamamilə Montrö müqaviləsinə uyğun olaraq gerçəkləşdirildiyini vurğulayıblar. Mövzuyla əlaqədar Türkiyə bir yazılı açıqlama verib:"Türkiyə Montrö Boğazlar Konvensiyasını 78 ildir ki, ciddi şəkildə tətbiq edir. Montrö Konvensiyasının tətbiq olunması məzmununda RF xarici işlər nazirinə istinadən mətbuatda yayılan iddialar heç bir şəkildə gerçəyi əks etdirmir. Ankaradakı Rusiya Federasiyası səfirliyi tərəfindən nazirliyimizə də çatdırılmış olan bu iddialara lazımlı cavab əsasən verilib".

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol