• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada ermənilərin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb

Suriyada ermənilərin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb
03.04.2014 18:27
Suriyada Kesab şəhərinin erməni əhalisinin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb.APA-nın “Vesti Kavkaza” saytına istinadən verdiyi məlumata görə, şəhər meri Vazgen Çaparyan bəyan edib ki, Kesab ələ keçirilən zaman mülki əhali arasında ölüm halları qeydə alınmayıb. O qeyd edib ki, şəhərdə heç vaxt hərbi obyektlər və özünümüdafiə batalyonları olmayıb. V.Çaparyan 40 nəfərin itkin düşməsi haqda xəbərləri də təkzib edib. Onun sözlərinə görə, şəhərdə 38 nəfər yaşlı adam qalıb və onlar hazırda 700 ailənin köçdüyü Latakiya bölgəsinə təxliyyə olunur. Beləliklə, bəzi KİV-lərin Suriyada bir şəhərin ələ keçirilməsi faktını “erməni soyqırımı” kimi təqdim etmək cəhdləri boşa çıxıb. Bu isə ermənilərin Türkiyəni cəzalandırmaq tələblərinin əssasız olduğunu üzə çıxarıb. Qeyd edək ki, ötən həftə İrəvanda bəzi qurumların fəalları BMT nümayəndəliyinə məktub təqdim edib. Həmin məktubda Türkiyə ermənilərin kompakt yaşadığı Kesab şəhərinə hücumu təşkil etməkdə günahlandırılıb və onun cəzalandırılması istənilib.  Onu də bildiriək ki, “YouTube”də yayılmış videoçarxda yer alan kadrlarda Kesabın dinc sakinləri deyil, Suriya ordusunun əsir götürülmüş əsgərləri göstərilib. Video silahlılar Latakiyanı ələ keçirməzdən bir gün əvvəl çəkilib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol