• $
  • €
  • ₽
  • ₺
  • £

Canavar kəndə gəldi - 4 nəfəri dişlədi

Canavar kəndə gəldi - 4 nəfəri dişlədi
11.04.2023 20:00
Türkiyədə canavar kəndə hücum edib. "TRT Haber" xəbər verir ki, hadisə ötən gün saat 09:00 radələrində Ərzurumun Tortum rayonundakı Kireçli kənd məhəlləsində baş verib.
 
Evindən heyvanları yemləmək üçün tövləyə gedən 6 uşaq anası Destegül Uğurlu canavarla qarşılaşıb. Canavar pnun çənəsini dişləyərək ağır yaralayıb. Qadının "imdad" qışqırması və fəryadına kənd sakinləri yetişib. Qurd köməyə gələnlərdən 3 nəfərə də hücum edərək müxtəlif yerlərindən yaralayıb. Daha sonra kənd sakinləri canavarı ov tüfəngi ilə vuraraq öldürüblər.
 
Canavarın hücumundan yüngül xəsarətlərlə xilas olan İlhami Akbulut və Vediye Kırmızıaslan xəstəxanada ambulator olaraq müalicə aldıqdan sonra evə buraxılıblar. Çənəsindən ağır yaralanan Destegül Uğurlu və ayağından dişlənən Serdar Aydınlı isə üz-çənə cərrahiyyəsi klinikasında müalicə alıb. Daha sonra onlar da evə buraxılıb.
 
Canavarın yaraladığı pişik və itlər peyvənd edilib. Quduzluq şübhəsi ilə bağlı canavarın başı Ərzurum Baytarlıq Araşdırma İnstitutuna göndərilib. Qurdda quduzluq olub-olmadığı yoxlanılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol