• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: “Şəriətdə də bu haramdır”

Ərdoğan: “Şəriətdə də bu haramdır”
20.03.2014 13:35

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkədə baş verən siyası qalmaqallardan danışdı. 

Baş nazir TRT kanalı vasitəsilə bəzi qaranlıq məqamlara aydınlıq gətirib.

Ərdoğan son günlər gündəmdə olan telefon danışıqlarının dinlənməsi barədə açıqlama verərək, bu əməli sərt şəkildə tənqid edib. Baş nazir bu əməlin vətənə xəyanət olduğunu və bunun Türkiyə Cümhuriyyətinə qarşı olan dövlətlərin xüsusi planları olduğunu deyib.“Mənim telefon danışıqlarımı dinləyiblər. Ailəmlə, dostlarımla, tanışlarımla danışıqlarım dinlənib. Oğlumun, həyat yoldaşımın, qızımın telefon danışıqları dinlənib. Bu qanuna ziddir! Şəriətdə də bu haramdır. Bir müsəlman digər müsəlmanı güdərmi? İslam dinində bu varmı? Telefon danışıqlarımızla bizi şantaj edirlər. Bu həm də beynəlxalq qanuna ziddir”, - deyə Ərdoğan bildirib.Baş nazir dövlət əhəmiyyətli məsələləri də müzakirə edən zaman, telefon danışıqlarının dinləndiyini və bu danışıqların başqa dövlətlərə ötürüldüyünü iddia edib: “Mənin energetika nazirilə telefon danışığım dinlənib. Bu danışıqlar Türkiyənin iqtisadiyyatının çökməsini gözləyən dövlətlərə ötürülüb. Bu göz görə-görə xəyanətdir. Burada bir çox qaranlıq qalan məqamlar var”.

ANS Press

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol