• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna əsirlikdən azad etdiyi vətəndaşlarının sayını açıqlayıb

Ukrayna əsirlikdən azad etdiyi vətəndaşlarının sayını açıqlayıb
17.04.2023 10:12
Ukrayna 2 235 nəfərini Rusiya əsirliyindən azad edib. Bunu Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar teleqram kanalında bildirib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nəzdində Əsirlərlə Davranma üzrə Koordinasiya Qərargahı artıq bir ildən çoxdur ki, fəaliyyət göstərir. 2014-cü ildən bəri ilk dəfə olaraq hərbi əsirlərin dəyişdirilməsi və davranma prosesi beynəlxalq hüquq normalarına tam uyğun təşkil edilib.

Ukrayna müdafiəçiləri son sutka ərzində Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində düşmənin 60 hücumunu dəf ediblər. Baxmut və Marinka bölgəsində döyüşlərin davam etdiyini vurğulayıb.

Baş Qərargahın saat 06:00-a olan məlumatına görə, ötən gün ərzində Rusiya qoşunları S-300 hava hücumundan müdafiə sistemindən Zaporojya, Kamışevax, Zaporojye vilayəti və Nikolayev vilayətinin Snigirevka dinc şəhərlərinə 25 raket zərbəsi endirib.

Rusiya Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinin infrastrukturuna çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 46 dəfə hücum edib. Bununla əlaqədar dinc əhali arasında ölən və yaralananlar var, çoxmərtəbəli və fərdi yaşayış binaları, mülki təhsil müəssisələri, xəstəxanalar, kilsələr və s. dağıdılıb.
 
Baş Qərargah xəbərdarlıq edib ki, raket zərbələri ehtimalı yüksək olaraq qalır.
 
Aytac Zeynalova
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol