• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ukraynaya yeni yardım paketi ayrıb

ABŞ Ukraynaya yeni yardım paketi ayrıb
19.04.2023 21:15
ABŞ Ukraynaya yeni HIMARS reaktiv sistemlərindən ibarət hərbi yardım paketini elan edəcək.  Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pierre bildirib.

Bildirilir ki, Ukraynaya yeni hərbi yardım paketinə HIMARS reaktiv raket sistemləri (MLRS) və artilleriya mərmiləri üçün döyüş sursatları daxil olacaq.

Aprelin 10-da Almaniyanın Ukraynaya dörd Dachs zirehli mühəndis maşını, 60 Zetros yük maşını, 42 mobil antena sistemi, 34 kəşfiyyat pilotsuz uçan aparatı və 83 520 ədəd 40 mm-lik sursat daxil olmaqla daha bir hərbi yardım paketi ayırdığı bildirilib.

"La Repubblica” qəzeti də İtaliyanın Ukraynaya 30-a yaxın M109L özüyeriyən artilleriya qurğusu göndərdiyini yazıb. Nəşrin məlumatına görə, İtaliyanın Udine şəhərindəki dəmir yolu vağzalında qaubitsalardan ibarət uzun kolona lentə alınıb.
 
Danimarka da daha əvvəl 19 "Sezar" özüyeriyən artilleriya qurğusunu Ukraynaya təhvil verəcəyini açıqlamışdı. Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.


Nazirlik artilleriya qurğularını yaxın həftələrdə Ukraynaya göndəriləcəyini açıqlayıb.
 
Artilleriya qurğularının Fransa istehsalı olduğu bildirilib 


Ukrayna Silahlı Qüvvələrində artıq Fransa tərəfindən təhvil verilmiş 24 "Sezar" silahı var.
 
Daha əvvəl Danimarka Müdafiə Nazirliyi Norveç Müdafiə Nazirliyi ilə Ukraynaya 8 min artilleriya mərmisinin birgə tədarük edilməsi haqqında müqavilə imzalayıb.
 
Apelin 4-də ABŞ Ukraynaya 2,6 milyard dollar məbləğində hərbi yardım paketi ayırmışdı.
 
Aytac
 







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol