• $
  • €
  • ₽
  • ₺
  • £

44 günlük müharibədə Ermənistanın on bir minə yaxın fərarisi olub - RƏSMİ

44 günlük müharibədə Ermənistanın on bir minə yaxın fərarisi olub - RƏSMİ
25.04.2023 15:51
Ermənistanda hərbi prokurorluqda 10.6 mindən çox şəxs barəsində fərarilik, postu icazəsiz tərk etmə və xidməti vəzifələrin icrasından boyun qaçırma faktları ilə bağlı 1.7 mindən çox cinayət işi açılıb. "Sputnik Armenia"-nın məlumatına görə, bu barədə Ermənistanın Hərbi Prokurorluğu məlumat yayıb.
 
 
Bildirilib ki, 756 nəfərə qarşı 44 günlük müharibə və hərbi vəziyyət dövründə bölmələri icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina etmə maddələri ilə ittiham irəli sürülüb.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, 44 günlük müharibə və hərbi vəziyyət dövründə (27 sentyabr 2020-ci il tarixindən 24 mart 2021-ci il tarixədək) hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə (maddə 361) maddələri ilə, Ermənistan Cinayət Məcəlləsinin (2003-cü il tarixli) fərarilik (maddə 362) və hərbi xidmətdən imtina (maddə 364), habelə digər maddələrlə birlikdə 10 687 şəxs barəsində 1786 cinayət işi başlanıb.

İbtidai istintaq zamanı icraatın birləşdirilməsi nəticəsində onların sayı hazırda 226-dır.

Məhkəməyə göndərilmiş 118 işdən 58-i (təqsirləndirilən şəxslərin sayı 64-dür) üzrə məhkəmə prosesi başa çatıb, məhkəmə aktları qəbul edilib. Daha 60 iş (müttəhimlərin sayı 79-dur) məhkəmə mərhələsindədir.

Aytac

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol