• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan səhhəti ilə əlaqədar bütün ictimai çıxışlarını ləğv edib

Ərdoğan səhhəti ilə əlaqədar bütün ictimai çıxışlarını ləğv edib
26.04.2023 14:14
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün, aprelin 26-da bütün ictimai tədbirləri ləğv edib. O, Twitter-də evdə dincələcəyini bildirib.

"Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəyəm. Sabahdan etibarən fəaliyyətimizi davam etdirəcəyik”, - o sosial hesabında yazıb.

Ərdoğan qeyd edib ki, bu gün planlaşdırılan bütün tədbirlərdə vitse-prezident Fuat Oktay onu əvəz edəcək. Türkiyə prezidenti də ona cansağlığı arzulayan və onun üçün dua edən bütün ölkə vətəndaşlarına təşəkkür edib.

O, həmçinin bildirib ki, "iş qrafiki” səbəbindən televiziya verilişi zamanı xəstələnib.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallara müsahibə verərkən canlı yayımda özünü pis hiss edib. Jurnalist Ərdoğana gələcək hökumət dəyişiklikləri ilə bağlı sual verməyə başlayandan sonra veriliş kəsilib. Dövlət başçısı uzun fasilədən sonra tamaşaçılardan bağışlanmalarını xahiş edərək efirə qayıdıb. "Dünən və bu gün seçkiqabağı iş çox idi. Ona görə də mədə qripinə tutuldum”,  Ərdoğan etiraf edib.
 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol