• $
  • €
  • ₽
  • ₺
  • £

Navalniyə yeni ittiham təqdim olunub

Navalniyə yeni ittiham təqdim olunub
26.04.2023 19:43
Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalniyə qarşı daha bir cinayət işi qaldırılıb. Bu barədə məlumatı Navalnı özü məhkəmədə açıqlayıb. 

O, terrorizmi dəstəkləməkdə ittiham olunur.
 
Yeni maddəyə görə, Navalninin işinə Hərbi Məhkəmədə baxılacaq. 
 
2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə Navalnının "İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı "İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl və ya  500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Həmin ilin oktyabrında  Navalnı barəsində yeni cinayət işi başladılıb. O, ictimai şəkildə ekstremizmə çağırışlarda, terrorizmin təbliğində, ekstremist fəaliyyəti maliyyələşdirməkdə, eləcə də nasizmin reabilitasiyasında ittiham olunur.
 
Eltac Nurullazadə


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol