• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilir

Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilir
12.03.2014 11:42
Ötən gecə Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı Bəkir Əlvanın ölümü ilə bağlı təşkil edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Hürriyyət" qəzeti yazıb.Bütün bu müddət ərzində komada olan Əlvan çərşənbə axşamı vəfat edib. O, polisin açdığı atəş nəticəsində yaralanmışdı.Qəzetin məlumatına görə, ən irimiqyaslı aksiyalar İstanbul və Ankarada keçirilib. Polis nümayişçiləri dağıdıb.Qəzet yazır ki, minlərlə etirazçı Orta Doğu Texniki Universiteti qarşısında toplaşıb. Aksiyanın keçirildiyi yerdə çoxlu sayda polis qüvvələri cəlb edilib.Ötən il may ayının sonlarında Türkiyədə üç həftəyə yaxın müddət ərzində etiraz aksiyaları keçirilib. Hökumət nümayəndələrinin sözlərinə görə, aksiyalar artıq antihökumət xarakteri daşıyıb.Türkiyənin müxalifət partiyaları polisi etiraz edənlərə qarşı həddindən artıq güc istifadə etməkdə günahlandırıblar.Daha əvvəl Türkiyə DİN-in rəhbəri bildirib ki, Türkiyənin 79 vilayətində keçirilən etiraz aksiyalarında 2,5 milyon nəfər iştirak edib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
В Ливии заявили о гибели военных после атаки Украины
Dünya 18:23
В Ливии заявили о гибели военных после атаки Украины
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol