• $
  • €
  • ₽
  • ₺
  • £

Meteoroloqlar qlobal temperaturun görünməmiş səviyyədə olduğunu açıqlayıblar

Meteoroloqlar qlobal temperaturun görünməmiş səviyyədə olduğunu açıqlayıblar
18.07.2023 21:14
Şimali Amerikada, Asiyanın bəzi hissələrində, eləcə də Afrikanın şimalında və Aralıq dənizində eyni vaxtda rekord isti hava müşahidə edilir.

Bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

Təşkilat bildirib ki, temperatur bir neçə gün ərzində 40 dərəcə Selsidən yuxarı qalxır.

"Temperatur insan sağlamlığı və iqtisadiyyat üçün ağır nəticələrə gətirib çıxarır. Bu il müşahidə olunan istilik dalğaları həyəcanvericidir.Müşahidə olunan hallar İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin proqnozlarına uyğundur", - təşkilat bildirib.
Mütəxəssislər bildiriblər ki, 1980-ci illərdən bu yana belə hadisələrin sayı 6 dəfə artıb.

Daha əvvəl bildirilmişdi ki, Saxaradan qitəyə yaxınlaşan "Xaron” antisiklonuna görə bəzi Avropa ölkələrində temperatur 50 dərəcəyə qədər yüksələ bilər. Avropanın bir sıra regionlarında isti və güclü külək səbəbindən meşə yanğınlarının başlaya biləcəyi də qeyd edilir. Bu, artıq Yunanıstan və İspaniyada baş verib. Kanar adalarının Palma adasında yanğınlar səbəbindən artıq 4000-dən çox insan təxliyə edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol