• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib

Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib
19.11.2026 10:36

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğində dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalov müəyyən olunaraq saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq
Cəmiyyət 10:45
Bakıda avtobuslar üçün ilk xüsusi svetofor quraşdırılacaq
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Cəmiyyət 10:39
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb
Cəmiyyət 10:24
Anar Əliyev: İşlə təmin olunanların sayı 3,4 dəfə artıb
Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq
Cəmiyyət 10:19
Anar Əliyev: İşsizlikdən sığorta ödənişi alanların sayı 16 min nəfərə çatacaq
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, Məleykə Abbaszadə yeni rektor təyin olunub
Cəmiyyət 10:06
Elçin Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib, Məleykə Abbaszadə yeni rektor təyin olunub
Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb
Cəmiyyət 09:21
Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılıb
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Cəmiyyət 22:44
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol