• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ İranla müharibəyə hazırlıqla bağlı xəbərləri təkzib edir

ABŞ İranla müharibəyə hazırlıqla bağlı xəbərləri təkzib edir
19.07.2023 18:15
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ təyyarədaşıyan gəmisi və qırıcılarının Hörmüz boğazına göndərilməsinin İranla müharibəyə hazırlıqla bağlı olmadığını  bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

"Biz İranı dünya neft tədarükünün təxminən 20%-ni daşıyan bu kritik dəniz marşrutu boyunca azad ticarəti təhdid edən qeyri-sabitliyi pozan hərəkətlərini dərhal dayandırmağa çağırırıq", - Pentaqonun sözçüsü əlavə edib.

Miller ABŞ-ın bölgədəki hərbi varlığının artmasına səbəb kimi təhdidlərin davam etməsini göstərib. O, həmçinin vurğulayıb ki, bu, Vaşinqtonun müttəfiqləri ilə koordinasiyada həyata keçirilir.

Bundan əvvəl Pentaqonun sözçüsü Sinq ABŞ-ın Hörmüz boğazına F-16 və F-35 qırıcıları, həmçinin USS Thomas Hudne esminesi göndərəcəyini açıqlamışdı . Belə bir tədbirin məqsədi "ABŞ-ın maraqlarının qorunması və naviqasiya azadlığı” adlandırılıb.

Bu avadanlığın boğaza göndərilməsinə səbəb kimi "Hörmüz boğazında son vaxtlar baş vermiş bir neçə narahatedici hadisə” göstərilib. Esminesin boğazda qalma müddəti müəyyən edilməyib.

Hörmüz boğazı Fars körfəzini cənub-şərqdə Oman körfəzi və Hind okeanını birləşdirir. Boğazın sahillərinə İran, Birləşmiş Ərəb Əmirlikləri və Oman nəzarət edir . Dünyadakı mayeləşdirilmiş təbii qazın üçdə biri və ümumi dünya neft istehlakının demək olar ki, 25%-i boğazdan keçir. Boğazın dünya ticarəti üçün əhəmiyyətinə görə, orada gəmiçilik azadlığına Pakistan , Kanada , Fransa , Almaniya , Böyük Britaniya və ABŞ-ın daxil olduğu Birgə İşçi Qrup nəzarət edir. Qrupun sədrliyi dörd-altı aydan bir dəyişir.

3 iyul 1988-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri boğazda səhvən döyüş təyyarəsi olduğu müəyyən edilən İrana məxsus Airbus A300 sərnişin təyyarəsini vurub, 290 nəfər həlak olub.

Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol