• $
  • €
  • ₽
  • ₺
  • £

Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib

Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib
20.07.2023 18:46
Kanada Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanada Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli 20 fiziki və 21 hüquqi şəxsə və Rusiyanın mədəniyyət və təhsil sektorları ilə əlaqəli 19 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.

Sanksiya tətbiq olunan şəxslər arasında "Vaqner" Qrupunun filialının rəhbəri İvan Maslov da daxil olmaqla, həm Ukraynada, həm də Afrikada fəaliyyət göstərən "Vaqner" Qrupunun rəhbərləri var.

"Sanksiyalar Rusiyanın nüvə sektorunun liderlərini də hədəfləyir ki, Kremlin Ukraynada, xüsusən də Zaporojye Atom Elektrik Stansiyasında nüvə insidenti riskini əhəmiyyətli dərəcədə artıran ehtiyatsız hərəkətlərinə qarşı təzyiqi gücləndirsin. Sanksiyalar həmçinin "Orlan-10" pilotsuz uçuş aparatının inkişafı, istehsalı və tədarük zəncirində iştirak edən bir sıra rusiyalıları da hədəf alır.

Kanada eyni zamanda, Kremlin Ukrayna mədəniyyətini ruslaşdırmaq səylərini dəstəkləyən şəxslərə də sanksiya tətbiq edir”, - Kanada XİN-in məlumatında qeyd olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol