• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-nin baş katibi Rusiyanı taxıl sazişinə qayıtmağa çağırıb

BMT-nin baş katibi Rusiyanı taxıl sazişinə qayıtmağa çağırıb
25.07.2023 07:23
BMT-nin baş katibi Antonio Quterreş Rusiyanı "son təklifinə uyğun olaraq” taxıl sazişində iştirakını bərpa etməyə çağırıb. Bu barədə Anadolu agentliyi Dünya Təşkilatının rəhbəri Romada BMT-nin qida sistemləri üzrə sammitində çıxışına istinadan məlumat verib.

"Qara Dəniz Təşəbbüsünün sona çatması ilə ən həssas təbəqə ən yüksək qiyməti ödəyəcək. Artıq hər kəsin əziyyət çəkdiyi buğda və qarğıdalının dünya qiymətlərinə mənfi təsirini görürük”,- BMT rəsmisi bildirib.

Quterreşin sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi minlərlə gəmidən istifadə etməklə Ukrayna və Rusiya Federasiyasının limanlarından 32 milyon tondan çox ərzaq məhsulunu təhlükəsiz ixrac etməyə imkan verib.

O, taxıl müqaviləsinin 2022-ci illə müqayisədə 23% ucuzlaşan dünya ərzaq qiymətlərinin sabitliyinin təmin edilməsinə mühüm töhfə verdiyini qeyd edib.

İyulun 17-də Rusiya taxıl müqaviləsində iştirakın dayandırıldığını elan edib.
 
Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol