• $
  • €
  • ₽
  • ₺
  • £

AİHM Xaçartryanla bağlı Bakıya tapşırıq verib - Ermənistan mətbuatı

AİHM Xaçartryanla bağlı Bakıya tapşırıq verib - Ermənistan mətbuatı
01.08.2023 15:54
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Vaqif Xaçartryanla bağlı məlumat verilməsi ilə bağlı Bakıya tapşırıq verib. Bu barədə  Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb. 

"AİHM Azərbaycana avqustun 8-dək Vaqif Xaçatryanla bağlı məlumat vermək üçün möhlət vermək qərarına gəlib. Azərbaycan məhkəməni harada saxlanma şəraiti, saxlanma şəraiti, sağlamlıq vəziyyəti, göstərilən tibbi yardım və onun mümkün qaytarılması barədə məlumat verməlidir", - məlumatda deyilir.
 
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə Vaqif  Xaçaturyan 1991-ci il dekabrın 22-də Xocavəndin Meşəli kəndində baş vermiş hadisələrlə bağlı 2013-cü ildə açılmış cinayət işi çərçivəsində saxlanılıb. İstintaqın məlumatına görə, o zaman Xankəndindəki avto nəqliyyat müəssisələrindən birində sürücü işləyən Xaçatryan bu kəndə silahlı basqın edən erməni birləşmələrinin tərkibində olub, nəticədə 25 azərbaycanlı öldürülüb, 358 nəfər qanuni yaşayış yerindən zorla çıxarılıb. 2013-cü ilin dekabrında Azərbaycan məhkəməsi Xaçatryanın həbsi barədə qərar çıxarıb, eyni zamanda o, beynəlxalq axtarışa verilib.
 
Bundan əvvəl, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı Elman Nəsirov açıqlayıb ki, Ermənistanın Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etməsi heç bir nəticə verməyəcək.
 
Gülnar 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol