• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda itkin düşənlərin sayı 35-ə çatıb

Gürcüstanda itkin düşənlərin sayı 35-ə çatıb
04.08.2023 17:50
Gürcüstanın şimal-qərbində torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb, 35 nəfər itkin düşüb. Bu barədə Gürcüstan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadan yazıb. 
 
Bildirilib ki,  Raça-Leçxumi və Kvemo Svaneti kurort zonasından ümumilikdə 210 nəfər təhlükəsiz yerlərə təxliyə edilib. Xilasetmə əməliyyatı davam edir.

Nazirlik bildirib ki, cümə axşamı axşam saatlarında Raça-Leçxumi kurort şəhəri və Kvemo Svaneti bölgəsində baş verən sürüşmə nəticəsində 400 xilasedici və iki helikopterin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Bu arada Gürcüstanın baş naziri İrakli Qaribaşvili təbii fəlakət bölgəsinə gəlib və vəziyyəti həll etmək üçün təcili iclas çağırıb, hökumətin əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsində verdiyi bəyanatda deyilir.

Sürüşmə nəticəsində körpülərə və yollara ziyan dəydiyi üçün xilasetmə və axtarış işlərində yalnız helikopterlərdən istifadə edilir.

Aİ-nin Gürcüstandakı nümayəndəliyi hadisə nəticəsində dəyərli insanların itkisinə görə başsağlığı verib.

Baş verən hadisəyə görə Gürcüstanda matəm elan olunub. 
 
Gülnar 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol