• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr birgə hərbi təlimə başlayır

Bu ölkələr birgə hərbi təlimə başlayır
11.08.2023 22:29
 ABŞ, Avstraliya, Yaponiya və Hindistan donanmaları Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində cümə günü Sidney limanında və Avstraliyanın şərq sahillərində Malabar təliminə başlayıb, bu barədəThe Japan Times xəbər verir.


Avqustun 21-dək davam edəcək manevrlərdə təqribən 2000 nəfər iştirak edəcək. Təlimdə Amerika, Avstraliya və Yaponiya idarəolunan raket esminesləri, Hindistan freqatı, həmçinin Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcı-bombardmançı təyyarələri və P-8A Poseidon sualtı patrul təyyarəsi iştirak edəcək.


Təlimlərdə hərbçilər canlı atışlar keçirəcək, rabitənin əlaqələndirilməsi, hava hücumundan müdafiə və döyüş sualtı qayıqlarından istifadə vərdişlərinin inkişaf etdirilməsi, yüklərin dəniz yolu ilə daşınması üzrə təlimlər keçəcək.


ABŞ-ın Yeddinci Donanmasının komandanı, vitse-admiral Karl Tomas əmin edib ki, bu təlimlər heç bir ölkəyə qarşı yönəlməyib və onların məqsədi dörd ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni artırmaqdır.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol