• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"u bağlayan ölkələr - SİYAHI

"Facebook"u bağlayan ölkələr - SİYAHI
08.03.2014 16:35

Sosial şəbəkələrə giriş niyə məhdudlaşdırılır?

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın lazım olsa "Facebook" və "Tvitter" sosial şəbəkələrinin bağlanacağını deməsi ölkədə səs-küyə səbəb olub. ANS PRESS-in məlumatına görə, Türkiyədə gündəmə gəlməsi ilə qalmaqala səbəb olan bu təklif bir necə ölkədə artıq reallaşıb. 

Bəzi ölkələrdə sosial şəbəkələrin məhdudiyəti illərdir ki, davam edir. ANS PRESS sosial şəbəkələrə giriş qadağan edilən ölkələri təqdimedir. 

Banqladeş 

Ölkənin ən qabaqcıl partiyalarından olan Avami Ligi "Facebok"u 30 may 2010-cu ildə qadağan edib. Səbəb isə dinsizliyin təşviqatıdır. Lakin bu qadağa uzun çəkməyib və bir necə aydan sonra sosial şəbəkəyə giriş açılıb. 

Çin 

2009-cu ildə ölkədə baş verən ixtişaşlarda əsas xəbərləşmə vasitəsi olan "Facebook" bağlandı. 2013-cü ilin avqusta ayında bu şəbəkəyə giriş qismən bərpa edilib. 

Misir

Bu ölkədə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə "Facebook"a giriş məhdudlaşdırılıb. Tam məhdudiyyət qısa sürsə də, 2010-2012-ci illərdə sosial şəbəkəyə giriş 86 dəfə kəsilib. 

Şimali Koreya 

"Facebook", "Twitter" və "Youtube" kimi bütün saytlar bağlıdır. Açıqlma ehtimalı isə çox aşağıdır. 

İran 

2009-cu ildəki prezident seçkisindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlandı. 2013-cü ilin sentyabrda hər iki sayta girişə icazə verildi. 

Mərakeş 

Kral 6. Məhəmməd adına yaraılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranır. Xüsusilə 2009- 2013-cü illər ərzində məhdudiyyətlər tez-tez yaşansa da, uzunmüddətli olmayıb. 

Suriya 

"Facebook"a yasaq ilk olaraq 2007-ci ildə tədbiq edilib. Saytın fəaliyyəti dövlətə qarşı mesajlar yayımlandığı üçün məhdudlaşıdırılıb. 

"Facebook" sosial şəbəkəsinin aylıq milyonlarla fəal istifadəçisi var. Hər il bu rəqəmdə azı 3 faizlik artım olur.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Dünya 23:16
Misirdə yanacaq daşıyan yük maşını qəzaya uğrayıb, 21 nəfər ölüb
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Dünya 20:37
Hörmüz boğazında gəmi dəniz minasına düşüb, partlayış baş verib
Tokayev Moskvaya səfər edib
Dünya 18:19
Tokayev Moskvaya səfər edib
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol