• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada ölən uşaqların sayı açıqlanıb

Ukraynada ölən uşaqların sayı açıqlanıb
14.08.2023 12:56
Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 500-ü keçib. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Rusiyanın hücumları nəticəsində ötən ilin fevralın 24-dən indiyə qədər 502 uşaq həlak olub, 1 097 uşaq yaralanıb.

Avqustun 13-də Xerson vilayətinin Xerson rayonunun Şiroka Balka kəndinə Rusiya qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində bir aylıq körpə və 11 yaşlı uşaq həlak olub.
 
Ukraynadakı müharibə səbəbindən 5 milyondan çox uşaq təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Valideynlər mümkün təhlükəni nəzərə alaraq, övladlarını məktəbə göndərməkdən çəkinir. 
 
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
 
Aytac Zeynalova


 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol