• $
  • €
  • ₽
  • ₺
  • £

Cənubi Afrikada baş verən yanğın nəticəsində ən azı 73 nəfər ölüb

Cənubi Afrikada baş verən yanğın nəticəsində ən azı 73 nəfər ölüb
31.08.2023 14:46
Cənubi Afrikanın Yohannesburq şəhərində yüzlərlə qeyri-rəsmi yaşayış məntəqəsinin yerləşdiyi beşmərtəbəli binada baş verən yanğın nəticəsində ən azı 73 nəfər ölüb, onlarla insan yaralanıb. Bu barədə CNN xəbər verib.  

Səlahiyyətlilər, binanın hər mərtəbəsində diqqətlə hərəkət etdiklərini, sağ qalanları axtardıqlarını və yanmış cəsədləri çıxararaq küçələrə qoyduqlarını açıqlayıb. Yerli medianın məlumatına görə, uşaqların da öldüyü ehtimal edilir.

Xilasedicilərin sözlərinə görə, hazırda yanğın söndürülüb.

Şəhərin fövqəladə hallar xidmətinin sözçüsü Robert Mulaudzinin sözlərinə görə, ölənlərdən əlavə, 50-dən çox insan yaralanıb.

Yanğından bir neçə dəqiqə sonra çəkilən videolarda nəhəng narıncı alovların bir binanın aşağı mərtəbəsini bürüdüyü və çöldə dayanan çoxlu insan olduğunu göstərir. 

31 avqust səhər saatlarında çəkilən fotolarda yanmış və mühasirəyə alınmış ərazilərin ətrafına toplaşan izləyicilər, sınmış şüşə pəncərələr və binanın ətrafına səpələnmiş paltarlar görünür.

Yanğının baş vermə səbəbi hələ də dəqiq bilinmir, həmçinin səlahiyyətlilər bunun qəsdən olub-olmadığı haqqında məlumat verməyib. Yanğın yerli vaxtla saat 1:30 radələrində binanın içərisində çoxlu adam yatarkən baş verib.

Cənubi Afrikada son aylarda ölkə daxilində qeyri-rəsmi yaşayış məntəqələrində başqa dağıdıcı yanğınlar baş verib.
 


Rabia Hale Seferoğlu
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol