• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın 4 regionunda islam bankçılığının tətbiqinə start verilib

Rusiyanın 4 regionunda islam bankçılığının tətbiqinə start verilib
01.09.2023 20:27
Rusiyanın 4 regionunda - Tatarıstan, Dağıstan, Çeçenistan və Başqırdıstanda, islam bankçılığının test rejimində tətbiqinə başlanıldı.
 
Bu barədə "Anadolu” Agentliyi xəbər verir.

Məlumata görə, bu bölgələrdə "birgə bankçılıq" kimi də tanınan islam bankçılığının "hüquqi prosesi" qanun qəbul olunandan sonra başlayıb.
Qanuna görə, sınaq müddəti 2025-ci il sentyabrın 1-dək davam edəcək və Rusiya Bankına regionların siyahısını genişləndirmək səlahiyyəti veriləcək.

Sınaq prosesinə qatılan qurumların, bu müddətdə faiz haqqı təyin etmək, tütün və spirtli içkilər istehsalı, silah və sursat kimi məhsulların ticarəti, qumarla bağlı fəaliyyətləri maliyyələşdirmək hüququ olmayacaq.

Rusiyada müsəlmanların sayının 10 il ərzində ümumi əhalinin 30 %-ni təşkil etməsi gözlənilir və ölkədə islam bankçılığı populyarlıq qazanır.
"Sberbank”ın baş vitse-prezidenti Oleq Qaneyev bildirib ki, islam ekosistem bazarının həcmi qlobal miqyasda 7,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol