• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Türkiyəyə təklif göndərib - "Taxıl sazişi"ni Rusiyasız bərpa edək

Ukrayna Türkiyəyə təklif göndərib - "Taxıl sazişi"ni Rusiyasız bərpa edək
07.09.2023 17:18
Rumıniya, Bolqarıstan və Türkiyənin ərazi sularından keçən gəmilər üçün heç bir məhdudiyyət olmadığı üçün Ukrayna Rusiyasız "taxıl dəhlizi”nin yenidən açılması təklifini Türkiyəyə təqdim edib. bu barədə Ukraynanın İnterfaks agentliyi Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnara istinadan yazıb. 

"Rusiyasız işləmək ("taxıl dəhlizi" - red.) təklifi Türkiyə tərəfinə keçib. Hələlik yekun təsdiq yoxdur. Lakin gəmilər artıq Rumıniya, Bolqarıstan və Türkiyənin ərazi sularından üzür və boğazlardan məhdudiyyətsiz keçmək əslində rasional yoldur”, - diplomat bildirib.

O xatırladıb ki, "taxıl təşəbbüsü” çərçivəsində Rusiyanın Ukraynaya gəmilərin keçidini məhdudlaşdırması və ya konkret Ukrayna limanına girişi tənzimləməyə cəhd etməsi halları kifayət qədər tez-tez olub. Bundan əlavə, Ukrayna ərazisindən ixrac oluna biləcək məhsulların siyahısı məhdud idi.

Bodnarın sözlərinə görə, bu humanitar dəhlizdən keçən gəmilər üçün Ukrayna məhsullarına ixrac məhdudiyyəti olmadığı üçün belə bir alternativ vəziyyətin həlli üçün əsas variantlardan biri ola bilər.

İndi həm Ukrayna, həm də Rusiya ilə razılaşdırılmış mövqeləri inkişaf etdirmək üçün aparılan danışıqların nəticələrinə görə Türkiyə ilə BMT arasında kommunikasiya mövcuddur. Danışıqlar prosesinin iştirakçıları "Ukrayna ilə Türkiyə arasında ən yüksək səviyyədə ünsiyyət" gözləyirlər. Səfirin sözlərinə görə, onlar yaxın günlərdə və ya BMT Baş Assambleyası çərçivəsində baş tuta bilər.
 
Gülnar 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol