• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla təlimdə 85 amerikalı hərbçi iştirak edəcək

Ermənistanla təlimdə 85 amerikalı hərbçi iştirak edəcək
08.09.2023 12:41
Ermənistanla Amerika arasında keçirilən birgə təlimdə 85 amerika hərbçisi iştirake dəcək. Bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığı məlumat yayıb.
 
Bildirilib ki, təlimdə 175 erməni hərbçinin iştirakı gözlənilir. Təlimlərə ABŞ-ın 101-ci hava-desant diviziyasının 1-ci briqadasının və Ermənistanın 20 ildən artıq əməkdaşlıq proqramına malik olduğu Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.
 
Sentyabrın 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ və Ermənistan arasında birgə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə və Bakı ilə İrəvan arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verməyəcək.  
 
Sentyabrın 6-da məlum olub ki, ABŞ və Ermənistan birgə "EAGLE PARTNER 2023" hərbi təlimləri keçirəcək. Tədbir 11-20 sentyabr tarixlərində Zar mərkəzində Ermənistan ərazisində beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində baş tutacaq.

Sentyabrın 2-də axşam İtaliyanın "La Repubblica” qəzeti Paşinyanın müsahibəsini dərc edib. Orada o, Rusiyanın özünün tədricən Cənubi Qafqazdan çəkildiyini bəyan edib.
 

Gülnar 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Putin Çinə gedib
Dünya 22:48
Putin Çinə gedib
Bolqarıstan sahillərində qaz tankeri batıb
Dünya 22:10
Bolqarıstan sahillərində qaz tankeri batıb
Türkiyədə zəlzələ olub
Dünya 20:50
Türkiyədə zəlzələ olub
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Dünya 19:56
Moldova PUA təhlükəsinə görə hava məkanını bağlayıb
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Dünya 19:20
Rusiyada An-12 hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyada internet kəsilib
Dünya 16:11
Rusiyada internet kəsilib
Qara dənizdə qaz daşıyan gəmi batıb
Dünya 14:10
Qara dənizdə qaz daşıyan gəmi batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol